SSRİ idman ustasının üzərindən narkotik götürülüb

SSRİ idman ustasının üzərindən narkotik götürülüb

15 Sentyabr 2011 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

İmişli polisi kriminal aləmdə ad çıxarmış şəxsin üzərində narkotik vasitə olan metadon aşkar edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən məlumat verilib. Keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon sakini, 1964-cü il təvəllüdlü, SSRİ idman ustası, kriminal aləmdə "Jora" ləqəbi ilə tanınan Şükürov İlham Mustafa oğlu saxlanılıb və üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metadon aşkar edilib. Onun barəsində həbs-qəti imkan tədbiri seçilib. Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Sonra da deyirlər ki, sağlam bədəndə sağlam ruh olar.

Tofiq Əliyev

O.M.