Dünyanın 26-cı zəngini manikeni zorlayıb?

Dünyanın 26-cı zəngini manikeni zorlayıb?

15 Sentyabr 2011 12:10
Bəyəndim (0) Bəyənmədim (0)
Səudiyyə şahzadəsi İspaniyada mühakimə olunacaq

Birləşmiş Ərəb Əmirliklərinin kralı Abdullanın qardaşı oğlunun adı yenə də təcavüzdə hallanır. Dünyanın 26-cı zəngini olan şahzadə Alvaled bin Talal haqqında 2008-ci ildə açılan zorlama cinayət işindən bu dəfə qaça bilmədi. İddiaya görə, şahzadə İspaniyada istirahətdə ikən 20 yaşlı manikenin suyuna dərman ataraq, onu lüks yaxtasında zorlayıb. Həmin vaxtlar işə xitam verilsə də, bu günlərdə məhkəmə yenidən işə baxılması ilə bağlı qərar çıxarıb. Hansı ki, bu qərar qızın qanında narkotik maddə və alt paltarlarında sperma aşkarlandıqdan sonra qəbul edilib. Şahzadə Alvaledin şirkəti "King Holding Company" iddiaları rədd edib, hətta o tarixdə İspaniyada olmadığını vurğulayıb.

Pul hərdən bəzi insanları qudurdur.

Günel Həbib

O.M.