Bakıda idman kompleksində bıçaqlanma olub

Bakıda idman kompleksində bıçaqlanma olub

14 Aprel 2011 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonu ərazisində yerləşən idman kompleksində qanlı hadisə baş verib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə aprelin 13-də rayonun Sülh küçəsindəki idman kompleksində qeydə alınıb. Bakıxanov qəsəbə sakini Həsən Eyvazlı ilə həmyerlisi Dəmir Zahidov arasında baş vermiş münaqişə zəminində onlar bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə hər ikisi xəstəxanaya yerləşdirilib.
H.Eyvazlının vəziyyəti orta-ağır, D.Zahidovun vəziyyəti isə qənaətbəxşdir.

Yəqin "qəhrəmanlar" qılıncoynatma idman növü üzrə məşqə gələnlər olub...

Hafiz Əhmədov

O.M.