Şəkidə naməlum şəxs bir ailənin 5 üzvünü bıçaqladı

Şəkidə naməlum şəxs bir ailənin 5 üzvünü bıçaqladı

12 Sentyabr 2011 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Şəkidə dəhşətli cinayət törədilib. Şəki sakini Gülbahar Həşimova məxsus yaşayış evində Gülbahar Həşimova, onun övladları 21 yaşlı Pərviz Həşimov, 25 yaşlı Pərvanə Həşimova, kürəkəni, 25 yaşlı Natiq Mahmudov və hadisə baş verən zaman evdə olan 42 yaşlı Natiq Məmmədov bıçaq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bıçaq adi məişət əşyası olsa da, bəzi insanlar ondan qeyri-dinc məqsədlərlə istifadə edir.

Tofiq Əliyev

O.M.