Toyda baş vermiş cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

Toyda baş vermiş cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

12 Sentyabr 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunda keçirilən toy mərasimində baş vermiş ölüm hadisəsində şübhəli bilinən şəxs Qusar polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bu, əslən Sumqayıt şəhərindən olan, 1984-cü il təvəllüdlü İsmixanov Əhmədbəy Səfixan oğludur.

Qeyd edək ki, iki gün əvvəl Qusarda keçirilən toy mərasimində iştirak edən 32 yaşlı Kamil Şöhrət oğlu Talıbov adı açıqlanmayan bir nəfər tərəfindən yumruq zərbəsi almışdı. Atasının əmisi oğlunun toyunda iştirak edən Kamil Talıbov yumruq zərbəsindən yerə yıxılıb və onun başı səkiyə dəyib. Bundan sonra özünü pis hiss etdiyini deyən K.Talıbovu yaxınları evinə aparıblar. Zərərçəkən ötən gecə keçinib. Ölümün dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.