YENİLƏNİB-Yandırılmış hamilə qadın xəstəxanada öldü

YENİLƏNİB-Yandırılmış hamilə qadın xəstəxanada öldü

11 Sentyabr 2011 13:35
Bəyəndim (0) Bəyənmədim (0)
1.5 yaşlı körpəsini və arvadını benzin tökərək yandıran ər hələ də tutulmayıb

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Bakı şəhəri Ginekologiya və Mamalıq Elmi Tədqiqat İnstitutuna yanıq xəsarəti ilə 20 yaşlı Münəvvər adlı hamilə qadın daxil olub. 4-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin bətnindəki körpə cərrahi müdaxilə yolu ilə götürülüb. Xəstənin əlləri, ayaqları, sinəsi, üzü tam yanmış vəziyyətdə olduğundan əməliyyat ağır keçib.

Gecə boyu xəstənin vəziyyəti stabil ağır olaraq qalsa da, səhər saat 09:10 radələrində o ölüb. Belə ki, gecədən bəri qan təzyiqi kəskin dərəcədə aşağı düşüb, hərarəti isə 42 dərəcəyədək yüksəlib. Şahidlərin verdikləri ifadələrə görə, gecə xəstəni ziyarətə gələn qohumlar cinayətin təfərrüatını bu cür açıqlayıblar: "Münəvvərin əri əvvəlcə onu döyüb. Sonra otağa salaraq evi benzinləyərək alışdırıb. Özü isə çölə çıxaraq qapını kilidləyib və tükürpərdici mənzərəni kənardan izləyib. Hadisə yerinə gələn qonşular zərərçəkmişləri xilas edə bilmədikləri kimi cinayətkarı da tuta bilməyiblər. Belə ki, Münəvvərin əri qeyri müəyyən istiqamətdə yoxa çıxıb. Yanğın nəticəsində evdə olan 1.5 yaşlı uşaq yerindəcə ölüb, 37 həftəlik hamilə qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb."

BGMETİ-dən Oxumeni.az-a verilən xəbərdə o da bildirilir ki, mərhum 7 gün ərzində Musa Nağıyev adına xəstəxanada müalicə aldıqdan sonra bətnindəki körpə tələf olduğu üçün Ginekologiya və Mamalıq Elmi Tədqiqat İnstitutuna köçürülüb. Münəvvər Tovuz rayon sakinidir və Hökməli kəndində yaşayır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törətmiş şəxs hazırda axtarışdadır.

Təbii ki, bu dünyada kimisə yandırmaq, buna görə cəza almaq, haqq dünyasında cəhənnəm oduna yanmaqdan çox asandır...

Könül Aypara

O.M.