Hökməlidə ər hamilə arvadını və 1.5 yaşlı körpəsini yandırdı

Hökməlidə ər hamilə arvadını və 1.5 yaşlı körpəsini yandırdı

11 Sentyabr 2011 01:50
Bəyəndim (0) Bəyənmədim (0)
20 yaşlı qadın ölümcül vəziyyətdə Bakı şəhəri GMETİ-yə yerləşdirilib

Dünən (10.09.2011-ci il tarixində) günorta saatlarında Bakı şəhəri Ginekologiya və Mamalıq Elmi Tədqiqat İnstitutuna yanıq xəsarəti ilə 20 yaşlı Münəvvər adlı hamilə qadın daxil olub. 4-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin bətnindəki körpə cərrahi müdaxilə yolu ilə götürülüb. Hal-hazırda qadının vəziyyəti stabil ağır olaraq qalır. Nəbzi və təzyiqi hədsiz dərəcədə aşağıdır. İnstitutdan oxumeni.az-a verilən məlumata görə, xəstə 7 gün ərzində Musa Nağıyev adına xəstəxanada müalicə aldıqdan sonra bətnindəki körpə tələf olduğu üçün Ginekologiya və Mamalıq Elmi Tədqiqat İnstitutuna köçürülüb. Xəbərdə o da bildirilir ki, Münəvvər (familiyası dəqiqləşdirilir) Tovuz rayon sakinidir və Hökməli kəndində yaşayır. Hadisəyə səbəb ərinin hələlik məlum olmayan səbəblərdən yaşadığı evi yandırması olub. Hadisə zamanı Münəvvərin 1.5 yaşlı körpəsi yerindəcə həlak olub, o isə ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törətmiş şəxs hazırda axtarışdadır.

Könül Aypara

O.M.