Paytaxtda bıçaqlanma olub

Paytaxtda bıçaqlanma olub

9 Sentyabr 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 18:00 radələrində Bakının Nəsimi rayonunda Hüseynbala Əliyev küçəsində qətl hadisəsi baş verib. 1995-ci il təvəllüdlü Yusif Zakir oğlu Abbasov münaqişə zəminində tanışı Ruslan Bilal oğlu Əsədovu bıçaqlayaraq qətlə yetirib. Y. Abbasov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 20-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bıçaq adi məişət əşyası olsa da, bəziləri ondan qeyri-dinc məqsədlərlə istifadə edir.

Tofiq Əliyev
O.M.