Yasamal rayonunda atışma baş verib

Yasamal rayonunda atışma baş verib

9 Sentyabr 2011 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 8 radələrində Bakının Yasamal rayonu İsmayıl Qutqaşınlı 102 ünvanında atışma olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qara rəngli "VAZ-2107" markalı avtomobilin sürücüsünə naməlum avtomobildə olan şəxslər tərəfindən odlu silahla atəş açılıb. Odlu silahdan atəşə məruz qalan gənc oğlan həlak olub.

Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Hadisənin nə səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerində hüquq mühafizə orqanları çalışır. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Tofiq Əliyev

O.M.