Meyiti tapılan qadının qatili tutuldu

Meyiti tapılan qadının qatili tutuldu

9 Sentyabr 2011 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi polisi avqustun 12-də baş vermiş cinayətin üstünü açmağa müvəffəq olub. Paytaxt sakini Məmmədov Arzu Məmmədəli oğlu həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Xatırladaq ki, Arzu Məmmədovun həyat yoldaşı 38 yaşlı Vəfa Məsiyevayanın meyiti Biləcəri qəsəbəsində avtobus dayanacağının yaxınlığından tapılmışdı. Onun 11 bıçaq zərbəsi qətlə yetirildiyi məlum olmuşdu.

Saxlanılan Arzu Məmmədov törətdiyi cinayəti xatırlamadığını bildirib: "Cinayət törətmişəm, cəzamı çəkəcəm. Xatırlamıram nə cinayəti törətmişəm. Stressdəyəm".

Bir qədər sonra isə saxlanılan şəxs həyat yoldaşını hansı səbəbdən qətlə yetirdiyini söyləyib. Arzu Məmmədov əməlini ona təzyiq olunması ilə əsaslandırıb: "Düşürdülər üstümə. Deyirdilər boşanmalısan. Təzyiq edirdilər. Atası, anası, qardaşı, bacısı..."

Arzu Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.

Tofiq Əliyev

O.M.