Mağazadan oğurluq etmiş bir qrup şəxs tutulub

Mağazadan oğurluq etmiş bir qrup şəxs tutulub

8 Sentyabr 2011 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 7-də Səbail rayonu ərazisində, şəhər sakini Rövşən Ağayevə məxsus mağazadan qıfılı sındırmaq yolu ilə 500 manat və danışıq kartları oğurlanıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Elvin Mayılov, Elxan Haсıverdiyev, Orxan Abdullayev, Əhməd Bağırov və Salyan rayon sakini Mənsur Musayev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nətiсəsində onların iyulun 29-da Xanlar Quliyevə, Abbas Əsgərova, avqustun 5-də Həlimat Kərimovaya, Xəyyam Mirzəyevə məxsus mağazalardan da oğurluq etmələri müəyyən edilib.

Asan yolla pul qazanmaq istədilər, daha da çətinə düşdülər.

Tofiq Əliyev

O.M.