Bacı qətilinin məhkəməsi başlayır

Bacı qətilinin məhkəməsi başlayır

15 Sentyabr 2016 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Seyid Mirəli Cavadovun cinayət işinin ibtidai istintaqı başa çatıb.

Cinayət işi Sabunçu Rayon Prokurorluğunda yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Orucovun icraatına verilib.

Qeyd edək ki, qətl bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində baş verib. 1991-ci il təvəllüdlü S.Cavadovun bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas ediblər. Hadisəni törətməkdə şübhəli bilinən S.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Belə ki, M.Cavadovla nikahdan iki övladı olan İ.Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb. Daha sonra İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı S.Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarət yetirib

Mediainfo.az