Dələduz məhkəmədə həbs edildi

Dələduz məhkəmədə həbs edildi

15 Sentyabr 2016 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Asif Məhəmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Məhkəmə dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Mediainfo.az