Avtomobildən 9 min dollar oğurlanıb

Avtomobildən 9 min dollar oğurlanıb

15 Sentyabr 2016 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində avtomobildən 9 min dollar pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Bakı şəhər sakini Rəfail Tağıyevə məxsus "Toyota" markalı avtomobildən 9000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Novruz Mirzəyev tutulub.

Mediainfo.az