Damarını doğrayıb qanını polisin üstünə tökdü

Damarını doğrayıb qanını polisin üstünə tökdü

14 Sentyabr 2016 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda əsəbi vətəndaş qanını polisin üzərinə tökdü. Hadisə bu gecə Nəsimi rayonu ərazisində, Azadlıq prospektində baş verib.

Oxucuların criminal.az-a verdiyi məlumata görə, metronun "28 May" stansiyasının yaxınlığında yol polisi ilə vətəndaş arasında münaqişə yaranıb. Polisə etiraz edən kişi damarlarını doğrayıb. Polis ona yaxınlaşanda isə söyərək uzaq durmasını, ona yaxınlaşamamasını tələb edib.

Hadisənin hansı səbəbdən baş verməsi isə məlum deyil. Oxucu deyir ki, polis piyadanı yol qaydalarını pozduğuna görə cərimələyib və məhz buna görə həmin kişi özünü doğrayıb.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, praktikada belə şeylərə çox rast gəlmək olar. Vətəndaş istədiyinə nail olmadıqda özünü kəsməklə bunu etmək istəyir.

Bölmə rəisinin sözlərinə görə, belə bir hadisənin baş verməsindən xəbərsizdir. Lakin fakt varsa, demək araşdma aparılır.

Mediainfo.az