Eks nazirin xalası oğlunu öldürən arvadına hökm oxundu - 18 İL!

Eks nazirin xalası oğlunu öldürən arvadına hökm oxundu - 18 İL!

14 Sentyabr 2016 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsgəndərovaya hökm oxunub. Hökmə əsasən o, 18 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Aqil M.