"Şakro Molodoy"un adamlarını qana boyadılar - İrəvanda kriminal "razborka"

"Şakro Molodoy"un adamlarını qana boyadılar - İrəvanda kriminal "razborka"

14 Sentyabr 2016 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvanda qanuni oğrular arasında "razborka" qanla bitib.

"Şakro Molodoy"un adamları Ermənistan paytaxtında vəhşicəsinə döyülüb. Onlardan ikisinin vəziyyəti xüsusilə ağırdır. Onları Ermənistanda yaşayan oğru Jiro Brutyanın adamları döyüb.

Söhbət ondan gedir ki, "Şakro"ya yaxın olan qanuni oğrular Koba Rustavski, Suro Avestisyan, Andranik Zap Soqoyan və onun bacısı oğlu Artyom Kazaryan yerli qanuni oğrularla Ermənistanda təsir dairələrini bölə bilməyiblər. Yerli oğrular "Şakron"un adamlarından onların işinə qarışmamağı tələb ediblər. Nəticədə isə "razborka" qanla başa çatıb. (lent)

Mediainfo.az