Avtoriteti "Range Rover"də belə güllələdilər - VİDEO

Avtoriteti "Range Rover"də belə güllələdilər - VİDEO

7 Sentyabr 2016 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Facebook"da gürcüstanlı istifadəçilər tərəfindən avtomobilə silahlı hücumu əks etdirən video yayılıb. Hadisənin Gürcüstanda baş verdiyi bildirilir.

Video ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. "Range Rover" markalı avtomobil sağa dönərkən dilənçki görkəmində bir nəfər maşina yaxınlaşaraq tapançadan atəş açmağa başlayır. Əvvəlcə sərnişinə ardıcıl bir neçə güllə vuran naməlum şəxs daha sonra maşının önünə keçib bir neçə güllə də atır. Sürücü oradan uzaqlaşmağa çalışsa da, qarşıdakı maşınla toqquşub dayanır. Bunu görən qadın libaslı şəxs sürücüyə də bir güllə vuraraq hadisə yerindən qaçır. Hadisədən sonra sərnihin tərəfdən maşının qapısı açılır və kimsə yerə düşür.

Bildirilir ki, cinayəti törədən şəxs qadın libası geyinmiş kişi olub. Avtomobildə olan şəxslər isə oğru dünyasının tanınmış simaları imiş. (atmosfer)

Mediainfo.az


Avtosfer.az