Kişi arvadını xəncərlə doğradı - İSMAYILLIDA

Kişi arvadını xəncərlə doğradı - İSMAYILLIDA

6 Sentyabr 2016 12:22
Bəyəndim (0) Bəyənmədim (0)
Qadının vəziyyəti ağırdır

İsmayıllı rayonunun Sulud kənd sakini 1968-ci il təvəllüdlü Hacıyev Şamil Osman oğlu aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Hacıyeva Humay Əfraz qızına boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib. İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, qadın və həyat yoldaşı Bakıda işləyir. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Aqil M.