Lənkəranski ilə B.Əliyevin davasının PƏRDƏARXASI

Lənkəranski ilə B.Əliyevin davasının PƏRDƏARXASI

1 Sentyabr 2016 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranski ilə Əliyevin davasının pərdəarxası – Özəl Qanuni oğru aləmində Rövşən Lənkəranski ilə "Vaxa" ləqəbli Baxış Əliyevin münaqişəsi haqda məlumatlar əldə olunub.

Əliyev "Ded Xasan" ləqəbli Aslan Usoyanın klanına daxil olub.

2014-cü ildə öldürülən "Vaxa"nın qətlində Lənkəranskinin adı hallanıb. Amma buna dair sübut olmayıb.
Çeçen avtoritet Kazbek Dukuzovla yaxşı münasibətləri olan Baxış Əliyev Lənkəranskiyə qarşı eyni cəbhədə yer alıblar.

Rusiya mətbuatı yazır ki, "Vaxa" əsasən Ukraynada gününü keçirib. "Ded Xasan"ın istəkləri ilə Ukraynaya yerləşmişdi.

Çünki o zaman Lənkəranski Ukraynada idi. "Ded Xasan"ın klanında "Vaxa" ilə bərabər "Yuska Şəmkirski" ləqəbli Yusif Əliyev də yer alırdı. Hər iki şəxs Lənkəranskinin mövqelərini zəiflətmək üçün çırmanmışdı.

Amma onlar bu istəklərinə nail ola bilməyiblər. "Rövşən Lənkəranski" ilə "Vaxa"nın münasibətləri həmişə kəskin olub. Hələ 2009-cu ildə "Ded"in dəstəyi ilə "Vaxa" Moskvanın göyərti topdansatış bazarları uğrunda Rövşən Lənkəranski ilə mübarizə aparıb.

Bu "razborkalar" nəticəsində tərəflər 20-dən çox itki verib. Belə məlumatlar da var ki, 2012-ci ildə İstanbulda beşulduzlu hotellərin birində azərbaycanlı "qanuni oğrular"ın yığıncağı ("sxodka") keçirilib.
Məlumata görə, "sxodka"da "Vaxa" və "Rövşən Lənkəranski"nin tərəfdarları iştirak ediblər. "Sxodka"nın Kiyev, Xarkov və Odessada, habelə Rusiyanın bəzi şəhərlərində nüfuz dairəsinin bölüşdürülməsi ilə bağlı keçirildiyi barədə məlumatlar var.

Digər məlumata görə, "sxodka" vaxtı Baxış Əliyevin yanında iki azərbaycanlı olub. "Lənkəranski" isə "sxodka"ya Moskvadan yaxın olduqları iki gürcü "qanuni oğru" ilə gəlib.
Bu iddia var ki, guya həmin "sxodka"da Canıyevin tərəfdarları "Vaxa"nı döyüblər. Beləliklə, avqustun 18-də İstanbulda öldürülən Lənkəranskinin qətlinin arxasından bütün versiyalar "Ded Xasan" klanına aparır. (24saat.org)

Mediainfo.az