Türkiyə vətəndaşına məxsus maşını qaçırmış şəxslər tutulub

Türkiyə vətəndaşına məxsus maşını qaçırmış şəxslər tutulub

1 Sentyabr 2011 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə vətəndaşı Atlı Nəsimiyə məxsus "VAZ-2107" markalı avtomaşın avqustun 13-də Bakının Nizami rayonu ərazisindən qaçırılmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın rayon ərazisində aşmış vəziyyətdə tapılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Zabit Qarayev, Azər Məmmədov və Mirhəsən Bəkirov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 13-də Rza Mənsimova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmaları da müəyyən edilmişdir.

Qanundan qaçmaq heç də avtomobil qaçırmaq qədər asan deyil.

Tofiq Əliyev

O.M.