Bakıda yerləşən kafedə qanlı dava: yaralı var

Bakıda yerləşən kafedə qanlı dava: yaralı var

1 Sentyabr 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Göygöl" kafesində qanlı hadisə qeydə alınıb. Kafenin müştərisi olan 29 yaşlı Vüsal Zərbəliyev yemək yeyən zaman qonşu masada olan şəxslərlə mübahisə edib. Bu zaman həmin şəxslər masadan qalxaraq V.Zərbəliyevin üstünə cumublar. Dava zamanı V.Zərbəliyev bıçaq xəsarəti alıb. Qan töküb hadisə yerindən qaçan şəxslər qısa zamanda tutulublar. Bunlar 25 yaşlı Nicat Əliyev və 27 yaşlı Kənan Kərimovdur. Faktla bağlı cinayət işi başlanıb.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.