Ata oğlunun qatilini məhkəmə binasında güllələyib

Ata oğlunun qatilini məhkəmə binasında güllələyib

1 Sentyabr 2011 12:29
Bəyəndim (1) Bəyənmədim (0)

APA-nın məlumatına görə, azərbaycanlı, 54 yaşlı Valib Əliyev oğlunun qatili Tofiq Ağammədovu məhkəmə zalından çıxanda güllələyib. Qətl törətməkdə ittiham olunan Tofiq Ağammədov anası, vəkili və qohumlarının müşayiəti ilə məhkəmə zalından çıxarkən Valib Əliyev onun qarşısını kəsib və oğlunu qətlə yetirmiş şəxsə "Krupp" markalı lüləsi kəsik ov tüfəngindən atış açıb. Nəzarətçilər Valib Əliyevi tutublar, Tofiq Ağammədov isə hadisə yerində keçinib.

İlkin məlumata görə, hər iki ailə Rusiyaya 2000-ci ildə köçüb. Ailələr arasında problem olmayıb, lakin hər iki ailənin övladları bir-biri ilə yola getmirmiş. Nəticədə 2009-cu ildə Tofiq Ağammədov Valib Əliyevin oğlunu bıçaqla qətlə yetirib.

Məhkəmə prosesi iki il davam edib, Valib Əliyev oğlunun qatilinə ölüm hökmü verilməsini tələb edib. Oğlunun qətlinin ikinci ildönümü günü prosesin uzanmasına dözməyən ata silah götürərək Tofiq Ağammədovu öldürüb.

Qanı qanla yox, su ilə yuyarlar.

Tofiq Əliyev

O.M.