Çoxsaylı oğurluqlar törətmiş şəxs tutulub

Çoxsaylı oğurluqlar törətmiş şəxs tutulub

31 Avqust 2011 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Ceyhun Muradovun evindən pəncərədən girmək yolu ilə 200 manat oğurlamış İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Sərhəd Nəsirli tutulub. Ətrafında aparılmış əməliyyat-tədbirləri nəticəsində onun avqustun 27-də Aygün Xəlilovanın mənzilindən 1500 manat və qızıl əşyalarını, habelə, avqustun 16-da Əskər Şükürovun evindən 60 manat, 1 ədəd mobil telefon, Tahir Cəlilovun evindən 20 manat, 2 ədəd mobil telefon və 1 ədəd qol saatı oğurlaması da müəyyən edilmişdir.

Oğru doğru qarşısında aciz qaldı.

Tofiq Əliyev

O.M.