Xalça oğurluğu ilə məşğul olan şəxs tutulub

Xalça oğurluğu ilə məşğul olan şəxs tutulub

31 Avqust 2011 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Samir Abdullayevə məxsus mağazadan və avqustun 20-də Könül Daşdəmirovaya məxsus həyətdən ümumilikdə 4 ədəd xalça oğurlamış Təzə Corat qəsəbə sakini Adil Ağammədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 23-nə keçən gecə Sumqayıt şəhər sakini Anar Qarayevə məxsus 1 ədəd xalçanı oğurlaması da müəyyən edilib.

Asan yolla pul qazanmaq istədi, daha da çətinə düşdü.

Tofiq Əliyev

O.M.