Paytaxtda naməlum kişi meyiti tapılıb

Paytaxtda naməlum kişi meyiti tapılıb

31 Avqust 2011 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonu ərazisində, konkret olaraq Aşıq Qərib küçəsi ilə keçən dəmir yol xətlərinin kənarında qətlə yetirilmiş 20-25 yaşlarında naməlum kişi meyiti aşkar olunub. Bu barədə Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə yaxınlıqda yaşayan sakinlər tərəfindən məlumat verilib. Dərhal hadisə yerinə rayon polis idarəsinin, 17-ci polis bölməsinin və eləcə də rayon prokurorluğunun əməkdaşları cəlb olunub, meyitə və hadisə yerinə baxış keçirilib. İlkin müayinə zamanı ekspertlər meyitin döş qəfəsində dörd, kürək nahiyəsində isə üç kəsilib-deşilmiş yaralar aşkar edib. Qətlə yetirilən şəxsin kimliyi hələlik bilinmədiyi üçün qanlı hadisənin kim tərəfindən törədilməsini, həmçinin qətlin təfərrüatlarını da müəyyən etmək mümkün olmayıb. Meyit müayinə edilməsi üçün əraziyə cəlb olunmuş polis əməkdaşları tərəfindən Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam edir.

Çalışın, cinayətdən və cinayətkarlardan uzaq olun.

Tofiq Əliyev

O.M.