Rusiyaya qaçmaq istəyən qatil tutuldu

Rusiyaya qaçmaq istəyən qatil tutuldu

30 Avqust 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində 17 yaşlı gənci qətlə yetirən şəxs həbs edilib. Gənc oğlanın qatilinin ölkədən qaçmaq istəyinin qarşısı alınıb.

Qətli törətməkdə şübhəli bilinən Asif Cabbarov qanlı hadisədən 2 gün sonra Qusar rayonu ərazisində, Rusiya Federasiyasına keçmək istəyərkən Sərhəd Naryadı tərəfindən tutulub.

Asif Cabbarov ilkin dindirmə zamanı qətli törətməsinə belə haqq qazandırıb: "Məşdi Musayevi öldürmək niyyətim olmayıb. Aramızda mübahisə yarandı, bıçaqla vurdum. Bunun günahı da Məşdinin özündə idi. Məşdi bütün hamıya demişdi ki, mən Asifi döymüşəm. Amma istəməzdim ki, ölsün".

Qeyd edək ki, 17 yaşlı Məşdi Musayev avqustun 26-da ürəyindən bıçaqlanmış vəziyyətdə Pərviz Səmədov 2 ünvanında tapılıb.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.

Tofiq Əliyev

O.M.