Bu şəxslər Qazaxda "at oynadıblar!" - POLİSDƏN AÇIQLAMA  FOTO

Bu şəxslər Qazaxda "at oynadıblar!" - POLİSDƏN AÇIQLAMA FOTO

29 İyul 2016 12:08
298
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar özlərini vergi xidmətinin əməkdaşları kimi təqdim edərək, haqq yığıblar!

Qazax rayonunda özlərini vergi xidmətinin əməkdaşları kimi təqdim edən 3 nəfərdən ibarət qrup ifşa edilib.

Məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində özünü vergi xidmətinin əməkdaşı kimi təqdim edərək mağaza, səyyar satış mərkəzləri və yol kənarlarında meyvə tərəvəz satan şəxslərə yaxınlaşaraq onların satdığı məhsulun ya keyfiyyətsiz, ya da müddətinin keçməsini bəhanə gətirərək onlardan bunun əvəzində pul tələb edən 3 nəfər Bərdə rayon sakinləri, Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayev saxlanılıb. Həmin şəxslər saxlanılarkən onların üzərində "Sahibkarlıq və hüquq" MMC-yə məxsus vəsiqələr aşkar edilib.

Bildirilib ki, onlar dələduzluq əməllərini bu vəsiqələri təqdim etməklə həyata keçiriblər. Saxlanılan şəxslərin Qazax və digər rayonlarda dələduzluq əməllərinin müəyyən edilməsi üçün Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az