Qonşusunu bıçaqla qətlə yetirən şəxs həbs olundu - SABUNÇUDA

Qonşusunu bıçaqla qətlə yetirən şəxs həbs olundu - SABUNÇUDA

29 İyul 2016 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Sabunçu qəsəbəsi, Natavan küçəsi 25 ünvanında yerləşən 155 saylı orta məktəbin qarşısında cinayət hadisəsi qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Fərman Kazım oğlu Eminov qonşusu, 36 yaşlı Elməddin Nəbi oğlu Əmənovu bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E. Əmənov aldığı xəsarətdən orada dünyasını dəyişib.

Hadisəni törədən F. Eminov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Aqil M.