Ev sahibəsini bıçaqlayıb, 110 min AZN-nini aparan Samiri polis axtarır

Ev sahibəsini bıçaqlayıb, 110 min AZN-nini aparan Samiri polis axtarır

28 İyul 2016 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib evdən 110 manat pul aparıb.

İ.Hüseynovan xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Aqil M.