Bakıda 14 evi qarət edənlər tutuldu

Bakıda 14 evi qarət edənlər tutuldu

27 İyul 2016 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edən şəxs həbs edilib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Abdullayev tutulub.

Elxan Abdullayev rayon ərazisində 10 nəfərə məxsus evlərdən məişət əşyaları, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinib.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən İlkin Paşayev həbs edilib.

Onun daha 4 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib

Mediainfo.az