Quldurluq edənə ağır cəza

Quldurluq edənə ağır cəza

27 İyul 2016 14:41
262
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Maarif Dəmirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Dəmirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Dəmirov quldurluq etməkdə təqsirli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 181-ci (qulduruluq) maddəsi ilə ittiham olunub.

Mediainfo.az