Dələduz qadın məhkəmədən yenə vaxt istəyib

Dələduz qadın məhkəmədən yenə vaxt istəyib

27 İyul 2016 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rüfət Əliyev 1 həftə vaxt verilməsinə baxmayaraq hələ də borcunun ödənilmədiyini deyib.

N. Əhmədova isə borcun ödənilməsi üçün avqustun 4-nə kimi vaxt istəyib.

Proses avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmişin sözlərinə görə, N. Əhmədova özünü millət vəkili Vahid Əhmədovun qardaşı qızı kimi təqdim edərək, ondan bankda işə düzəltmək adı ilə 32 min 500 dollar pul alıb. N. Əhmədova isə ifadəsində bu pulu işə düzəltmək yox, borc kimi aldığını deyib.

Xatırladaq ki, deputat V. Əhmədov açıqlamasında bu adda qardaşı qızının olmadığını bildirib.

N. Əhmədovanın qardaşı Namiq Əhmədovun da adı bir müddət əvvəl dələduzluqda hallanıb. Həmin vaxt N. Əhmədov da mətbuatda deputat Vahid Əhmədovun qardaşı oğlu kimi təqdim olunub.

Mediainfo.az