ŞOK: İki qonşusunu parçalayıb, kanalizasiyaya atdı

ŞOK: İki qonşusunu parçalayıb, kanalizasiyaya atdı

25 İyul 2016 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada dəhşətli cinayətin üstü açılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 67 yaşlı şəxs mübahisə etdiyi iki qonşusunu öldürüb.

Məlumatlara görə, cinayətkar 47 yaşlı kişi və 35 yaşlı qadını tapança ilə vurduqdan sonra onları hissələrə bölüb və kanalizasiyaya atıb. Ancaq bu zaman 67 yaşlı şəxsin fikirləşmədiyi bir hadisə baş verib. Binanın kanalizasiya borusu tutulub və sakinlər usta çağırıblar. Usta gəldiyində isə cinayət üzə çıxıb.

Cinayətkar həbs olunub. Onun evinə baxış zamanı mətbəxdəki qazanın içərisində dərisi soyulmuş və qaynadılmış iki insan başı aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.

Mediainfo.az