Avtovağzalda bıçaqlanma hadisəsi baş verib
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakı Beynəlxalq Avtovağzalında naməlum şəxs Abşeron rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Əsədova bud nahiyəsindən iki bıçaq xəsarəti yetirib.
V.Əsədov Dəmiryol Xəstəxanasına yerləşdirilib.
V.Əsədovu vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir. (report)
Mediainfo.az
Digər xəbərlər