Uşağının boynundan beton asan "ata" həbs olundu

Uşağının boynundan beton asan "ata" həbs olundu

26 Avqust 2011 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Mersin əyalətində dünən ağıla zərər verən bir olay yaşandı. Atasının sözünə baxmayan 11 yaşlı M.A. onun tərəfindən olduqca ağır cəza aldı. Belə ki, ürəksiz ata oğlunun boynunu zəncirlədi. Ardından həmin zəncirin bir tərəfinə 10 kq ağırlıqdakı beton bağladı. Və uşaq o betonu əlində tutmaq məcburiyyətində qaldı. Vəziyyəti belə görən qonum-qonşu dərhal polisə xəbər verdi. Polis uşağı bir ağacın altında yerə uzanmış halda tapdı. Atası 39 yaşlı İ.A. bölməyə aparıldı. İfadəsi alındıqdan sonra məhkəmənin qarşısına çıxarıldı və tutuldu. Xatırladaq ki, balaca M.A. ögey ananın əlində böyüyürdü. Və hazırda o, dövlətin himayəsi altına alınıb.

Uşağın gözyaşını silməyən onunla birlikdə ağlar. (Afrika atalar sözü)

Günel Həbib

O.M.