Bir ildə Azərbaycanda 100 uşaq itkin düşüb

Bir ildə Azərbaycanda 100 uşaq itkin düşüb

22 İyul 2016 15:34
230
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycanda 652 nəfər itkin düşüb ki, onların da 100-ü 14-18 yaşadək uşaqlar olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən illlərə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları azalıb.

2000-ci ildə Azərbaycanda 14-18 yaşadək 234 uşaq itkin düşmüşdüsə, 2013-cü ildə belə uşaqların sayı 141, 2014-cü ildə 128 olub.

Axtarış zamanı müəyyən edilmiş 14-18 yaşadək cinayətkar uşaqların da sayı azalıb.

2000-ci ildə 57 belə uşaq olubsa, 2013-cü ildə onların sayı 30, 2014-cü ildə 37, 2015-ci ildə 29 olub.

Mediainfo.az