Qardaşını öldürən 16 il müddətinə azadlıqdan məhrum edildi

Qardaşını öldürən 16 il müddətinə azadlıqdan məhrum edildi

22 İyul 2016 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E. Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

Aqil M.