Avtoyuma məntəqəsində oğurluq

Avtoyuma məntəqəsində oğurluq

21 İyul 2016 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Hadisə Binəqədi qəsəbəsindəki avtoyuma məntəqələrindən birində qeydə alınıb.

Bakı şəhər sakini Telman Nəbiyevə məxsus "BMW" markalı avtomobildən 1000 ABŞ dolları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nail Əliyev tutulub.

Mediainfo.az