Daşkəsəndə meyiti tapılan şəxs qətlə yetirilib

Daşkəsəndə meyiti tapılan şəxs qətlə yetirilib

21 İyul 2016 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

İtkin düşən Samux rayon sakininin Daşkəsəndə qətlə yetirildiyi müəyyənləşib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayon sakini, 1954-cü il təvəllüdlü Məhəmməd İbrahimovun meyiti Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində çayın kənarında aşkarlanıb. Onun bıçaqlanaraq qətlə yetirldiyi bildirilir. Məlumata görə, Məhəmməd İbrahimov bir neçə gün əvvəl itkin düşüb. Onun avtomobili isə dünən Kəmərqaya kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Daşkəsən rayon Prokuroluğunda cinayət işi başlanıb.

Mediainfo.az