Qardaş qatilinə18 il cəza istənilib

Qardaş qatilinə18 il cəza istənilib

21 İyul 2016 14:55
238
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyulun 22-də davam edəcək.

Qeyd edək ki, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E. Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

Mediainfo.az