Qoca kişidən avtomat götürülüb

Qoca kişidən avtomat götürülüb

21 İyul 2016 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan Rayon Polis Şöbəsi əməkdaşları şəhərdəki evlərdən birində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində avtomat silah aşkar edərək götürüblər.

Məlumata görə, 67 yaşlı rayon sakini Azad Əsədovun evinə baxış zamanı "AK" markalı avtomat silahla yanaşı, 2 ədəd patron darağı və 124 ədəd patron da tapılıb.

Hazırda Azad Əsədov şübhəli şəxs qismində saxlanılaraq dindirilir.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi qaldırılıb.

Mediainfo.az