Uşaq bağçasından asılmış meyit tapılıb

Uşaq bağçasından asılmış meyit tapılıb

21 İyul 2016 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi 8 ünvanında yerləşən, əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərmiş tikilinin 2-ci mərtəbəsində asılmış kişi meyiti aşkarlanıb. Araşdırmalar zamanı intihar edən şəxsin rayon sakini, 1960-cı il təvəllüdlü Faiq Həqiqət oğlu Zeynalov olması müəyyən edilib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Aqil M.