Çimərlik oğrusu ifşa olundu

Çimərlik oğrusu ifşa olundu

20 İyul 2016 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda dəniz mövsümünün açılması ilə çimərliklərdə də oğurluqlar başlayıb.

DİN MX-nin məlumatına görə, dəniz çimərliyində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirheydər Kərimov tutulub. Novxanı dəniz çimərliyində E.Əsgərova, M.Mürşüdova, E.Məhərrəmzadəyə və M.Pəncəliyevə məxsus ümumilikdə 105 manat pul, 2 ədəd qol saatı və 4 ədəd mobil telefon oğurlanıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirheydər Kərimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 17-də Novxanı dəniz çimərliyində S.Quluzadəyə, H.Hüseynova və S.İmanova məxsus 35 manat pul, 2 ədəd mobil telefon və geyim əşyaları oğurlaması da müəyyən edilib.

Mediainfo.az