Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqladı

18 İyul 2016 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda növbəti bıçaqlanma hadisəsi baş verib.

Xətai rayonunun Gəncə prospektində, ev 17-də yaşayan 1979-cu il təvəllüdlü Azər Bilalov yaşadığı mənzildən qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Vəziyyəti ağır olduğundan, A.Bilalovun dindirilməsi mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində A.Bilalova bıçaq xəsarətləri yetirən Bakı şəhər sakini Yeganə Kərimova tutulub.

Araşdırmalar davam etdirilir.

Mediainfo.az