“Qazaxlı Alik”: İki qardaş bir-birini bıçaqlayıb, hadisəni mənim üstümə atıblar”

“Qazaxlı Alik”: İki qardaş bir-birini bıçaqlayıb, hadisəni mənim üstümə atıblar”

18 İyul 2016 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ döyüşçüsü Alik Muradov iki qardaşı bıçaqlaması barədə yayılan məlumatlara münasibət bildirib.

A. Muradov deyib ki, heç kimi bıçaqlamayıb: "Hadisə baş verəndə mən kənddə olmuşam. Həmin hadisə mənim kimi bütün həmkəndlilərimin gözü qarşısında olub. Babək Əliyev qardaşını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib. Gedib polisə şikayət edib ki, guya onları mən bıçaqlamışam. Halbuki mənim bu hadisə ilə heç bir əlaqəm yoxdur. Polisə də ifadəmi vermişəm. Mən günahsızam".

Ağstafa rayon Polis Şöbəsinin müstəntiqi Rəşad Məhərrəmov Apa-ya açıqlamasında şöbəyə Alik Muradovla bağlı şikayətin daxil olduğunu təsdiqləyib. Bildirib ki, hazırda araşdırma gedir: "İstintaq sirri olduğundan və araşdırmalar hələ başa çatmadığı üçün bu barədə əlavə məlumat verə bilmərəm".

Qeyd edək ki, A. Muradovun iki qardaşı bıçaqlaması ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Mediainfo.az