SON DƏQİQƏ! Tanınmış Qarabağ döyüşçüsü həbs edildi!

SON DƏQİQƏ! Tanınmış Qarabağ döyüşçüsü həbs edildi!

18 İyul 2016 13:31
222
Bəyəndim (0) Bəyənmədim (0)
“Qazaxlı Alik” iki qardaşı bıçaqlayıb

Tanınmış Qarabağ döyüşçüsü adam bıçaqlayıb.

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini Alik Muradov aralarında yaranmış mübahisə zəminində həmyerliləri, Sərdar Əliyevi və onun qardaşı Babək Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən A. Muradov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, hadisəni törədən Alik Muradov Qarabağ müharibəsinin iştirakçısıdır. O, "Qazaxlı Alik" ləqəbi ilə məşhurdur.

Mediainfo.az

Mediainfo.az