Lökbatanda qətl törədənin kimliyi bəlli olub

Lökbatanda qətl törədənin kimliyi bəlli olub

15 İyul 2016 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Lökbatan qəsəbəsində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Aqil M.