Quldurluq etmiş şəxs tutulub

Quldurluq etmiş şəxs tutulub

25 Avqust 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Ənvər Əliyevə məxsus "QAZ-31" markalı avtomaşını qaçırmış və həmin gün Bakı şəhər sakini Qəmbər Abdullayevi bıçaqla hədələyərək "Mercedes" markalı avtomaşını ondan almış Samir Orucov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 28-də Bakı şəhər sakini Əbülfət Sadıxovu bıçaqla hədələyərək 28 manatını və "Mercedes" markalı avtomaşınını ondan alması və avtomaşını Göygöl şəhər sakini Nurəli Aslanova satması da müəyyən edilmişdir.

Asan yolla pul qazanmaq istədi, daha da çətinə düşdü.

Tofiq Əliyev

O.M.