Bakıda mağazaya basqın

Bakıda mağazaya basqın

14 İyul 2016 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mağazaya basqın edən şəxslər satıcını vuraraq pul aparıblar. Bakıda mağazaya basqın olub.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, Quba rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Xasıyevin işlədiyi Binəqədi şossesindəki mağazaya gələn şəxsiyyəti məlum olmayan şəxslər, onun başına şüşə qabla (butulka) ilə vuraraq xəsarət yetirib oradan 300 manat pul götürüb hadisə yerini tərk ediblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Xasıyevin 300 manat pulunu quldurluq yolu ilə alanlardan birinin Naftalan şəhər sakini Toğrul Musayev olması müəyyən edilib və tutulub.

Araşdırmalar zamanı Toğrul Musayevin hadisəni Cavanşir Musayevlə birgə törətməsi müəyyən edilib.

Mediainfo.az